Azərbaycan Güləş Federasiyasına yeni mətbuat katibi təyin edilib
07.09.2018 , 14:14

Azərbaycan Güləş Federasiyasına yeni təyinat olub. “Futbol+” qəzetinin jurnalisti Sərxan Musalı federasiyaya yeni mətbuat katibi təyin olunub.
Onun yeni vəifəsinə rəsmi təyinatı oktyabr ayında gerçəkləşəcək. Bu barədə Sərxan Musalı korner.az-a bildirib.
Qeyd edək ki, Mayis Musayev AGF-nin mətbuat katibi postundan bir müddət əvvəl öz istəyi ilə istefa vermişdi. O hazırda başqa sahədə çalışır.
Xatırladaq ki, bu xəbəri ilk olaraq unikal.org saytı yayıb.
