Azərbaycan gimnastlarından qızıl və gümüş medal
09.04.2023 , 12:57

Azərbaycan gimnastları beynəlxalq arenalarda uğurlu çıxışlarını davam etdirirlər.
Korner.az xəbər verir ki, akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz Belçikanın Purs şəhərində (Antverpen) keçirilən “Flanders Acro Cup” beynəlxalq turnirində qarışıq hərəkətlər proqramında qızıl medala layiq görülüblər.
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə eyni şəhərdə keçirilən dünya kubokunda qarışıq hərəkətlər proqramında gümüş medala yiyələnib.
