Azərbaycan gimnastları Bolqarıstana yola düşdülər
23.05.2023 , 14:14
Qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Samirə Qəhrəmanova və Nazənin Teymurova Bolqarıstana yola düşüblər.
Korner.az xəbər verir ki, onlar Varnada keçiriləcək idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kubokunda iştirak edəcəklər.
Yarış 25-28 mayda təşkil olunacaq.