Azərbaycan futzal millisində baş məşqçi təyinatı
25.06.2025 , 14:42

Azərbaycan futzal millisində baş məşqçi dəyişikliyi olub.
Korner.az xəbər verir ki, Vİtali Borisovla yolları ayıran Futzal Federasiyası bu vəzifəyə əcnəbi mütəxəssis təyin edib.
“Araz-Naxçıvan”ı çalışdıran Yevgeni Kukseviç millinin yeni baş məşqçisi olub. Rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında açıqlanıb.
