“Neftçi” mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam. Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə 2 illik müqavilə imzalayan Elnur Allahverdiyev klubun saytına açıqlamasında deyib.
“Neftçi” hər zaman ən yüksək mükafatlar uğrunda mübarizə aparıb. Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb. Çalışacağam ki, mənə göstərilən etimadı öz oyunumla doğruldum. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”, – deyə Abdullayev bildirib.
