Bütün qarşılaşmalar "İdman Azərbaycan"da
Topaz Premyer Liqasında yaranmış fasilə sabah başa çatır.
Premyer Liqanın XIII turun baş tutacaq 6 matçının hamısı canlı yayımlanacaq. Bu barədə Korner.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Qrum rəsmisi 3 ayrı gündə baş tutacaq qarşılaşmaların hamsının "İdman Azərbaycan" televiziyası vasitəsi ilə canlı yayımlanacağını bildirib.
Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan futbolunda bir turun bütün oyunları televiziya vasitəsi ilə canlı yayımlanacaq.
17 noyabr (şənbə)
“Neftçi” – “Sumqayıt”
8-ci km. stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)
18 noyabr (bazar)
“Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”)
“Qarabağ” – “Simurq”
T.Bəhramov adına Respublika stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
“İnter” – “Turan”
“Şəfa” stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”)
19 noyabr (bazar ertəsi)
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”)
“Rəvan” – AZAL
Bayıl Arena stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
