Azərbaycan futbol tarixinin rəmzi komandası açıqlandı
12.08.2021 , 11:43

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Korner.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı “11-lik”də aşağıdakı oyunçular yer alıb:
Qapıçı: Sergey Kramarenko
Müdafiəçilər: Rafiq Quliyev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev
Yarımmüdafiəçilər: İqor Ponomaryov, Nazim Süleymanov
Hücumçular: Kazbek Tuayev, Anatoli Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov
