Öncədəndə xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Divizionunun “Ağsu” – “Qaradağ Lökbatan” oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, görüş sabah saat 15:00-da, Ağsu şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, birinci divizion tarixində ilk dəfədir ki, bir oyun canlı nümayiş etdiriləcək.
“Ağsu” – “Qaradağ Lökbatan”
Hakim-inspektor: Abdulla Məmmədov
Ağsu şəhər stadionu, 15:00 (canlı, İdman Azərbaycan)
