Azərbaycan futbol ailəsinin 200000-ci üzvü – FOTO
24.01.2020 , 19:52

AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 200000 nəfərə çatıb.
Korner.az xəbər verir ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 200000-ci üzvü AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında mübarizə aparan “Miras” FK-nın 03.09.2009-cu il təvəllüdlü üzvü Süleymanlı Asim Aydın oğludur.
