19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi dəqiqləşib
Azərbaycan yığmasının oyunlarının da vaxtı müəyyənləşib.
III qrupda mübarizə aparacaq komandamız aprelin 4-də Fransa ilə görüşəcək. Ayın 7-də millimizin rəqibi Belçika olacaq. Son turun ayın 10-da baş tutacaq matçında isə komandamız Finlandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu qrupun qarşılaşmaları Finlandiyada keçiriləcək.
