Azərbaycan Estoniya ilə heç-heçə etdi
17.06.2023 , 21:55

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Estoniya yığmasını qəbul edib.
“Dalğa Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Avro-2024
Seçmə mərhələ, III tur
F qrupu
17 iyun
20:00 Azərbaycan – Estoniya – 1:1
Qollar: Miller, 27, Anton Krivortsyuk, 62
Baş hakim: Andrey Berka (Çexiya)
Xal durumu: Avstriya – 6, Belçika – 3, İsveç – 3, Estoniya – 0, Azərbaycan – 0.
