21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında avqustun 15-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək yoldaşlıq oyunu canlı yayımlanacaq. Korner.az-ın məlumatına görə, matç affatv.az saytı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.
