UEFA-ya üzv ölkələrin “Fair Play” reytinqinin yekun cədvəli açıqlanıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan siahıda 53 ölkə arasında 31-ci yerdə qərarlaşıb. Cədvəldə 2012-ci il mayın 1-dən 2013-cü il aprelin 30-dək olan müddəti əhatə edən dövrdə klub və yığmalar səviyyəsində keçirilmiş 1712 oyun nəzərə alınıb.
İlk “üçlük”ü Skandinaviya ölkələri turu. Belə ki, İsveç birinci, Norveç və Finlandiya müvafiq olaraq ikinci, üçüncü yerləri tuturlar.
31-ci yerdə qərarlaşan ölkəmiz Türkiyə, Ermənistan. Yunanıstandan öndə Qazaxıstan və Malta kimi ölkələrdən geridədi.
Qeyd edək ki, bu siyahıda ilk 3 yeri tutan ölkələr Avropa Liqasına əlavə bir vəsiqə əldə edir.