Azərbaycan – Ermənistan oyununun vaxtı
12.05.2020 , 20:50

Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi açıqlanıb.
Korner.az-ın məlumatına görə, yarış 28 iyun – 3 iyul 2021-ci ildə olacaq.
B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparacaq.
