Bu gün Ankarada tarixi bir matç baş tutdu. Korner.az-ın məlumatına görə, Türkiyədə hazırlıqalrını davam etdirən "Qarabağ" sınaq matçında Azərbaycanın tarixi paytaxtı Təbrizin təmsilçisi, Güney azərbaycanlıların fəxri olan “Traktorsazi” klubu ilə qarşılaşıb.
Azərbaycan derbisinin taleyini bir qol həll edib. Vaqif Cavadovun 10-cu dəqiqədə vurduğu qol matçda yeganə olub və "Qarabağ" bu qarşılaşmadan qalib ayrılıb.
“Qarabağ” (AĞDAM) – “Traktorsazi” (TƏBRİZ) 1:0
“Qarabağ: Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Hacı Əhmədov, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmaylıov, Vaqif Cavadov, Rauf Əliyev
