Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-11-18&&dateTo=2019-11-19): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Premyer Liqa

Azərbaycan derbisində rekord

27.08.2018 , 15:12

Topaz Premyer Liqasında 2018/19 mövsümünün rekordu qeydə alınıb.

3-cü turun “Qarabağ” – “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib. “Azersun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı.

Arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.

Son yazılar

Yuxarı