Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" klubu Cənubi Azərbaycanın "Traktor Sazi" klubu ilə yoldaşlıq görüşü keçirəcək.
Korner.az-ın "Qarabağ"ın saytına istinadən verdiyi məlumata görə, Şimali və Cənubi Azərbaycanın ən məşhur klubları arasında görüş iyulun 11-də Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
Məlumatda qeyd edilib ki, "Qarabağ"ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nəzərə alıb tarixi oyunun keçirilməsinə şərait yaradıb.