Bakıda keçirilən futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları davam edir.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisi bu gün ikinci matçına çıxacaq.
Yığmamız bu dəfə Danimarka ilə qarşılaşacaq. İlk görüşündə Belçikaya 3:1 hesabı ilə qalib gələn komandamız bu oyundan da qələbə ilə ayrılmağa çalışacaq. Matçın start fiti saat 21:00-da veriləcək.
Qeyd edək ki, Danimarka ilk matçında Ukraynaya 2:5 hesabı ilə uduzub.
