Futbol

Azərbaycan – Danimarka: hakim təyinatları

16.09.2021 , 17:56

Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Korner.az xəbər verir ki, sentyabrın 21-də ASK Arenada keçiriləcək Azərbaycan – Danirmarka qarşılaşmasını Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Zuzana Valentova
Baş hakimin köməkçiləri: Maria Sukenikova, Miroslava Pastorekova
Dördüncü hakim: Maria Krcova

Son yazılar

Yuxarı