Azərbaycan cüdoçusu ikinci oldu
31.03.2024 , 00:24

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Korner.az xəbər verir ki, -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər.
