Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-05-23&&dateTo=2019-05-24): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Cüdo

Azərbaycan cüdoçularının növbəti uğuru

03.03.2019 , 11:27

Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında Avropa açıq kubok yarışı keçirilib.

Beynəlxalq turnirin ilk günündə Azərbaycan millisi uğur qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına layiq görülüb. Cüdoçumuz Varşavada Qazaxıstan, Fransa, Hollandiya və Polşa təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

66 kq çəki dərəcəsində yarışan İbrahim Əliyev isə finalda uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, bu vacib turnirdə 35 ölkədən 291 cüdoçu iştirak edib, Azərbaycan isə 14 cüdoçu ilə təmsil olunub.

Son yazılar

Yuxarı