Azərbaycan cüdoçularından DÇ-də 11 medal
04.11.2023 , 12:34

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində 31 oktyabr – 3 noyabr tarixlərində keçirilən usta cüdoçular arasında dünya çempionatı başa çatıb.
Korner.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan cüdoçuları 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edib.
Ümumilikdə 11 medal qazanan Azərbaycan təmsilçiləri komanda hesabında 5-ci olub.
