Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
19.05.2024 , 10:00
İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokunun ilk günü keçirilib.
Korner.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan millisi turnirdə iki medal qazanıb.
Təmsilçilərimiz yarışın ilk günündə 2 bürünc medal əldə edib. Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa mayın 19-u yekun vurulacaq.
