Cüdo üzrə Azərbaycan milli komandası Braziliyada təlim-məşq toplanışını başa vurub.
Korner.az-ın məlumatına görə, təlim-məşq toplanışı başa çatdıqdan dərhal sonra cüdoçularımız yanvarın 22-24-də Kubada keçiriləcək Qran-Pri turnirinə qatılmaq üçün bu ölkəyə yollanlıblar.
Kuba Qran-Prisində baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında milli komandamızın cüdoçuları – İlqar Müşkiyev, Orxan Səfərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kakouri uğur qazanmağa çalışacaqlar.
