Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-09-19&&dateTo=2019-09-20): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Cüdo

Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

16.04.2018 , 06:30

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa Kubokunda Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Balabəy Ağayev (55 kq), Yaşar Nəcəfov (60 kq) və Ramilə Əliyeva (48 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan millisi 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa Kubokunda 17 ölkədən 259 cüdoçu mübarizə aparıb.

Son yazılar

Yuxarı