Azərbaycan cüdo tarixində katada ilk medal
11.05.2024 , 21:17
Azərbaycan cüdoçuları 11 mayda Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində bürünc medal əldə ediblər.
Korner.az xəbər verir ki, İsmayıl Rzayev (tori) və İbrahim Aslanov (uke) böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq turnirin bürünc medallarınını əldə ediblər.
Malik Alahverdiyev (tori) və Samir İsmayılov (uke) isə 351 xal ilə 4-cü yerə sahib olublar.