Naxçıvanın “Araz” futzal klubunun qələbə seriyası qırılıb.
Korner.az-ın məlumatına görə, 8 qat Azərbaycan çempionu ardıcıl 13 qələbədən sonra bu gün keçirilən Azərbaycan kubokunun final matçında uduzub.
“Ekol”a 3:4 hesabı ilə məğlub olan “Araz” sonuncu dəfə ötən il noyabrın 28-də meydanı qələbəsiz tərk etmişdi. Həmin vaxt çempionatın “Neftçi” İSM ilə oyununda 4:5 hesabı ilə uduzan Joze Alesio da Silvanın yetirmələri sonrakı 179 gün ərzində xal da itirməyib.
Bu müddətdə 11 çempionat və 2 kubok oyunu keçirən “Araz” 13 matçın hamısında qalib gəlib.