Çempionlar Liqasının 2016/17 mövsümünün 11 iştirakçısı bəllidi.
Korner.az-ın məlumatına görə, başa çatmaqda olan 2015-ci ildə Avropanın 11 ölkəsinin çempionu müəyyənləşib.
Bu komandalar növbəti mövsümdə qitənin ən nüfuzlu klub turnirində oynamaq hüququ qazanıb. Onlar bu yarışda iştirak edəcək Azərbaycan çempionunun potensial rəqibləri sayılır.
Lakin bu komandalardan ikisi – Estoniya və Farer adalarının təmsilçiləri yarışa I təsnifat mərhələsindən başlayacaq.
Çempionlar Liqasının 2016/17 mövsümünün iştirakçıları:
1. BATE (Belarus),
2. “Norçöpinq” (İsveç),
3. “Rusenborq” (Norveç),
4. “Astana” (Qazaxıstan),
5. SJK (Finlandiya),
6. “Hafnarfyordur” (İslaniya),
7. “Dandalk” (İrlandiya),
8. “Jalgiris” (Litva),
9. “Skonto” (Latviya),
10. “Flora” (Estoniya),
11. B-36 “Torshavn” (Farer adaları)
