Gündəm

Azərbaycan çempionu şəhid oldu

30.09.2020 , 18:35

Cəbhədə gedən döyüşlərdə şəhid olanlar arasında Azərbaycan çempionu olan idmançımız da var.

Korner.az xəbər verir ki, atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi – idmançımız Qeybiyev Arif vətən uğrunda şəhid olub.

Bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb. Federasiydan şəhid idmançımızın ailəsinə başsağlığı verilib.

Son yazılar

Yuxarı