Azərbaycan çempionu “Çağırğan” UEFA Regionlar Kubokunda üçüncü oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, təmsilçimiz qrup mərhələsi çərçivəsindəki son görüşündə İsveçin “Vasterqetland” klubu ilə qarşılaşıb.
Azərbaycan klubu bu görüşdə də məğlubiyyətlə üzləşib – 4:8.
Qeyd edək ki, “Çağırğan” bundan öncə Xorvatiyanın “Zaqreb Regionu” komandasına 1:7, Latviyanın RTU komandasına isə 0:1 hesabıyla uduzmuşdu.
