Azərbaycan çempionu 4 illik diskvalifikasiya olundu
14.10.2024 , 15:10

Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.
Korner.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.
Xatırladaq ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.
