Topaz Premyer Liqasının XX turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında özünün 50-ci qolunu vurub. “Qəbələ” ilə səfər oyununda komandasına qələbə qazandıran (1:0) qolu penaltidən vuran yarımmüdafiəçi bu qarşılaşmayadək iştirakçısı olduğu 325 görüşdə 49 dəfə fərqlənmişdi. Mövsümdəki 5-ci qol isə ümumilikdə 50-ci olub.
İlk qolunu 2000-ci il aprelin 16-da “Xəzər Universiteti” – “ANS-Pivani” matçının (1:0) 33-cü dəqiqəsində vuran Abdullayev 5 komandanın heyətində fərqlənib. Hazırda “İnter” adlanan “Xəzər Universiteti” və “Xəzər Lənkəran”ın hərəsində 12, “Neftçi”də 16, “Qəbələ” və AZAL-ın hərəsində 5 dəfə rəqib qapılarına yol tapıb. 50 və daha çox qol vuran digər oyunçular isə ya karyerasını bitirib, ya da çempionatda çıxış etmir.
MÖVSÜM |
KLUB |
OYUN |
QOL |
1999/2000 |
Xəzər Universiteti (Bakı) |
6 |
1 |
2000/01 |
Xəzər Universiteti (Bakı) |
18 |
3 |
2001/02 |
Xəzər Universiteti (Bakı) |
21 |
5 |
2003/04 |
Xəzər Universiteti (Bakı) |
15 |
3 |
2004/05 |
Xəzər Lənkəran |
26 |
2 |
2005/06 |
Xəzər Lənkəran |
24 |
0 |
2006/07 |
Xəzər Lənkəran |
23 |
4 |
2007/08 |
Xəzər Lənkəran |
24 |
4 |
2008/09 |
Xəzər Lənkəran |
18 |
2 |
2009/10 |
Neftçi (Bakı) |
26 |
2 |
2010/11 |
Neftçi (Bakı) |
26 |
7 |
2011/12 |
Neftçi (Bakı) |
27 |
7 |
2012/13 |
Qəbələ |
25 |
5 |
2013/14 |
Rəvan (Bakı) |
16 |
0 |
2013/14 |
AZAL (Bakı) |
14 |
0 |
2014/15 |
AZAL (Bakı) |
17 |
5 |
CƏMİ |
326 |
50 |
Abdullayev Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 33-cü oyunçudur. O, hazırda Premyer Liqada çıxış edən oyunçular arasında 100-ü yarılayan yeganə futbolçudur.
YER |
FUTBOLÇU |
QOL |
1. |
Nazim Əliyev |
183 |
2. |
Müşfiq Hüseynov |
125 |
3. |
Rövşən Əhmədov |
116 |
4-5. |
Qurban Qurbanov |
115 |
Samir Ələkbərov |
115 |
|
6. |
Alay Bəhramov |
108 |
7. |
Nadir Nəbiyev |
103 |
8-9. |
Xaqani Məmmədov |
102 |
Vadim Vasilyev |
102 |
|
10. |
Kənan Kərimov |
101 |
11. |
Musa Qurbanov |
94 |
12. |
Fazil Pərvərov |
89 |
13. |
Samir Musayev |
88 |
14-15. |
Fərrux İsmayılov |
85 |
İmamyar Süleymanov |
85 |
|
16. |
Samir Əliyev |
84 |
17. |
İsmayıl Məmmədov |
76 |
18. |
İlham Məmmədov |
74 |
19. |
Azər İsayev |
73 |
20. |
Paşa Əliyev |
72 |
21. |
Badri Kvaratsxeliya |
71 |
22. |
Zaur Ramazanov |
70 |
23. |
Yunis Hüseynov |
66 |
24-25. |
Vidadi Rzayev |
65 |
Mahir Əliyev |
65 |
|
26-28. |
Mahmud Qurbanov |
61 |
Ramiz Məmmədov |
61 |
|
Georgi Adamiya |
61 |
|
29. |
Həsən Abdullayev |
51 |
30-33. |
Vüqar Qəmbərov |
50 |
Mehman Baxışov |
50 |
|
Yalçın Bağırov |
50 |
|
Rəşad Abdullayev |
50 |
