Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti dəyişikliklər edilib.
Korner.az-ın məlumatına görə, XVII turdan təxirə salınan “Rabitə” – “Telekom” matçı nəzərdə tutulduğu vaxtda oynanılmayacaq.
Belə ki, avrokubokdakı yeganə təmsilçimiz ehtiyat qüvvəsini martın 21-də deyil, sabah sınağa çəkəcək. Həmçinin, XIX tur çərçivəsində martın 28-də baş tutmalı olan “Telekom” – “Azərreyl” oyunu 2 gün sonraya keçirilib.
Bu görüşlərlə yanaşı, IV dövrənin son qarşılaşmalarının təqvimi aşağıdakı kimi təsdiqlənib.
XVII turun təxirə salınan oyunu
20 mart
15:00. “Rabitə” – “Telekom”
“Gənclik” Olimpiya İdman Kompleksi
XIX tur
25 mart
16:00. “Telekom” – “Azəryol”
“Gənclik” Olimpiya İdman Kompleksi
XX tur
30 mart
16:00. “Telekom” – “Azərreyl”
“Gənclik” Olimpiya İdman Kompleksi
XIX tur
1 aprel
18:00. “Rabitə” – “Lokomotiv”
“Gənclik” Olimpiya İdman Kompleksi
APAsport.az
