Futbol

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır” – Pantiç

11.11.2019 , 18:24

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı. Mən orada çalışanda yüksək liqada 10 komanda var idi. İndi 8 komanda qalıb ki, bu, çox azdı”.

Korner.az xəbər verir ki, bu sözləri  “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç söyləyib.

Serbiyalı mütəxəssis işlədiyi mövsümlə müqayisədə hazırda Azərbaycan Premyer Liqasının çox zəiflədiyini bildirib: “Çempionatda rəqabət yoxdu. Mən Azərbaycanda işləyəndə güclü legionerlər var idi. İndi demək olar ki, qalmayıblar”.

Pantiç bəyan edib ki, “Qarabağ” digərlərindən bir neçə dəfə üstündü: “Mövsüm başlamazdan əvvəl məhz bu komandanın çempion olacağı əminliklə söyləmək olar. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. Hətta “Neftçi”nin liderlə rəqabət aparmaq imkanı yoxdu”.

Qeyd edək ki, Pantiç 2013/2014 mövsümündə “Bakı”nı çalışdırıb.

Son yazılar

Yuxarı