Azərbaycan çempionatının püşkü atıldı
26.09.2024 , 20:45
Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.
Korner.az xəbər verir ki, püşkün nəticəsinə əsasən ilk turda bu komandalar üz-üzə gələcək:
“Aznur” – “Çinar Zəngilan”
“Füzuli Altay” – “Zirə”
“Sumqayıt” – “Atəşgah Suraxanı”
“Star Bakı” – “Siyəzən”
“Şamaxı” – “Laçın”
“Birbaşa Bakı” – “Göyçə”
“Galaxy” – “Bakı 145”
Qeyd edək ki, oktyabrın 1-də start veriləcək turnirdə 14 komanda mübarizə aparacaq.