Azərbaycan çempionatının gümüş medalçısı vəfat etdi
17.12.2020 , 12:47

Ukraynanın “Karpat” klubunun sabiq baş məşqçisi Valentin Xodukin 81 yaşında vəfat edib.
Bu barədə klubun saytı məlumat yayıb.
Xodukin 2006-2009-cü illərdə Bakının “İnter” klubunun (indiki “Keşlə”) baş məşqçisi olub. O, 2008/09 mövsümündə Azərbaycan çempionatının gümüş medalını qazanıb.
