Azərbaycan çempionatının bombardiri BAL liqasında
14.08.2018 , 12:02

Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək .
Son olaraq “Səbail”də çıxış edən futbolçu BAL liqasına üz tutub. O, “Dərsim 62 Spor” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Nurlan Novruzov 2014/15 mövsümündə “Bakı” nın heyətində Azərbaycan çempionatının bombardiri olub.
