Azərbaycan çempionatının 99-cusu
18.02.2019 , 12:22

Topaz Premyer Liqasının XVII turunun “Keşlə” – “Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub.
Qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub.
Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən 2-ci hakimdir. XII turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.
