Futbol üzrə Azərbaycan Birinci Divizionun 9-cu turu çərçivəsində keçirilən MOİK – “Qaradağ Lökbatan” matçından sonra qalmaqal baş verib.
Korner.az-ın məlumatına görə, qolsuz başa çatan qarşılaşmadan sonra ikincilərin rəhbərliyi baş hakim Anar Niyazovun üzərinə hücum çəkib. Meydanda əlbəyaxa dava düşüb. Polisin müdaxiləsindən sonra ara sakitləşdirilib. "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Süleymanovdan başqa, bir neçə nəfərin polis tərəfindən saxlanılması qeyd edilir.
