Azərbaycan çempionatlarında mövsümün ilk pokeri qeydə alınıb.
Korner.az-ın məlumatına görə, “Bakılı”nın futbolçusu Rəhman Musayev bir oyunda 4 qol vurub.
Belə ki, “Bakılı” “Energetik”i qəbul edib. Oyun meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhman Musayev 8, 12, 17 və 24-cü dəqiqələrdə rəqib qapısına yol tapıb.
Bu cari mövsümdə Premyer Liqa, əvəzedicilərin çempionatı və I divizionda ilk poker olub. Bundan əvvəl 3 çempionatda 1 het-trik, 21 dubl qeydə alınıb.
Het-trik
I divizion
Elxan Məmmədov (Mil-Muğan) – “Göyəzən”lə oyun, I tur
Dubllar
Premyer Liqa
Mikel Alvaro (İnter) – “Qəbələ” ilə oyun, I tur
Mikel Alvaro (İnter) – “Sumqayıt”la oyun, II tur
Dodo (Qəbələ) – “Simurq”la oyun, V tur
Junior Nildo (İnter) – “Bakı” ilə oyun, VI tur
Baçana Tsxadadze (İnter) – “Bakı” ilə oyun, VI tur
Əvəzedici heyətlər
Mirsahib Abbasov (İnter) – “Qəbələ” ilə oyun, I tur
Fuad Məmmədzadə (Qarabağ) – “İnter”lə, II tur
Elnur Cəfərov (Xəzər Lənkəran) – “Sumqayıt”la oyun, II tur
Fərid Səmədzadə (Qəbələ) – “Bakı” ilə oyun, III tur
Cavid Muxtarzadə (Neftçi) – “Simurq”la oyun, IV tur
Oruc Balaşlı (Simurq) – “Neftçi” ilə oyun, IV tur
Mirsahib Abbasov (İnter) – “Xəzər Lənkəran”, IV tur
Vasif Rzayev (Bakı) – “Sumqayıt”la oyun, V tur
Mahir Mədətov (Bakı) – “Sumqayıt”la oyun, V tur
Kazım Kazımlı (Xəzər Lənkəran) – “Araz Naxçıvan”, VI tur
I divizion
Məhəmməd Bədəlbəyli (Neftçala) – “Ağsu” ilə oyun, I tur
Rəmzi Məmmədov (Mil-Muğan) – “Göyəzən”, I tur
Ramil Sadıqov (Şəmkir) – “Energetik”, II tur
Qalib Əmrahov (Ağsu) – “Göyəzən”lə oyun, II tur
Ramil Əliyev (Bakılı) – “Energetik”, III tur
Aslan Hüseynov (Zirə) – “Göyəzən”, III tur
Qeyd edək ki, Premyer Liqanın I turun “Sumqayıt” – “Qarabağ” oyununda Reynaldo Silva da dubl edib. Lakin bu oyunun nəticəsi və vurulan qollar limit pozulduğuna görə ləğv olunub.
Fanat.az
