Azərbaycan çempionatında ilk yarımfinal oyunları keçirilib
24.01.2023 , 11:33

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinal oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Vasif Durarbəyli Eltac Səfərli ilə Vüqar Əsədli isə Məhəmməd Muradlı ilə üz-üzə gəlib.
Durarbəyli və Əsədli ilk qarşılaşmada qələbə qazanıblar.
Cavab görüşləri bu gün gerçəkləşəcək.
