Azərbaycan Premyer Liqasının 16-cı turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub.
“Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb. “Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi.
Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədi. Ötən tur bu siyahıya daha iki ölkə – Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.
Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidi.
