Voleybol

Azərbaycan çempionatında dəyişiklik: çempion daha tez müəyyənləşəcək

02.04.2015 , 05:49

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off və final mərhələsinin təqvimi açıqlanıb. 

Korner.az-ın məlumatına görə, pley-off mərhələsi aprelin 4-də start götürəcək.

 
Həmin gün “Rabitə” “Azərreyl”i, “Azəryol” “Lokomotiv”i sınağa çəkəcək. Bu komandalar ikinci görüşünə iki gün sonra çıxacaqlar. Əgər hansısa cütlükdə klublar hərəyə 1 qələbə qazanarsa, onlar 3-cü dəfə üz-üzə gələcəklər.
 
Pley-offdan fərqli, final mərhələsində dəyişiklik edilib. Bu dəfə qalib və 3-cü yerin sahibi 3 deyil, 2 qələbənin yekununda bilinəcək. Həlledici matçlar isə aprelin 10-da və 12-də olacaq. Ehtiyac yaranarsa, aprelin 14-ü də oyun günü kimi göstərilib.   
 
 
Pley-off mərhələsi
4 aprel
16:00. “Rabitə” – “Azərreyl”
18:00. “Azəryol” – “Lokomotiv”
 
6 aprel
16:00. “Azərreyl” – “Rabitə”
18:00. “Lokomotiv” – “Azəryol”
 
8 aprel (ehtiyac olarsa)
16:00. “Rabitə” – “Azərreyl”
18:00. “Azəryol” – “Lokomotiv”
 
Final mərhələsi
10 aprel 
16:00. 3-cü yer uğrunda
18:00. Final
 
12 aprel
16:00. 3-cü yer uğrunda
18:00. Final
 
14 aprel (ehtiyac olarsa)
16:00. 3-cü yer uğrunda

18:00. Final

Apasport.az

Son yazılar

Yuxarı