Azərbaycan çempionatında 20-ci tur: Lider qələbə qazandı
02.03.2023 , 11:28

Basketbol üzrə Azərbaycan çempionatında 20-ci tura start verilib.
Korner.az xəbər verir ki, NTD “Gəncə”ni qəbul edib.
“Sərhədçi” idman mərkəzində keçirilmiş görüşdə birincilər qələbə qazanaraq yenidən liderliyini qoruyub.
NTD – “Gəncə” 91:85
Turun digər matçları qarşıdakı günlərdə baş tutacaq.
4 mart
17:30 “AAAF Xırdalan” – “Olimpik”(Şəki)
20:00 “Sabah” – “Sərhədçi”
5 mart
15:00 “Zirvə”(Astara) – “Neftçi”
