Azərbaycan çempionatında 15000-ci qol
02.11.2018 , 16:02

Yüksək Liqanın cari mövsümünün başa çatan I dövrəsində 15000-ci qol vurulub. VII tura qədər ümumilikdə 14995 dəfə qapı torları silkələnmişdi.
Bu turun “Liman” – “Xəzər Cənub” duelində vurulan 5-ci qol 15000-ci olub. Qolun müəllifi “Xəzər Cənub”un iranlı legioneri Farid Mazahevi olub. Onun 16:16-da vurduğu qol tarixə düşüb.
Qeyd edək ki, ilk çempionat 1993-cü ildə keçirilib.
