14-15 fevral 2015-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Korner.az-ın məlumatına görə, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Çempionat Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1995-1997-ci il təvəllüdlü idmançılar iştirak edəcək.
Turnirin proqramına əsasən, fevralın 14-də sərbəst, 15-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.
Cümə / 13.02.2015
14:00-15:00 Hakimlərin iclası
15:00-16:00 Texniki konfrans
16:00-16:30 Sərbəst güləş üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
