“Topaz”ın və PFL-in ən yaxşıları açıqladığı tədbirdə Ahmet Sezer maraqlı açaıqlamalar verib.
Korner.az-ın məlumatına görə “Azerintellekt” QSC-nin idarə heyətinin sədri bildirib ki:
“2010-cu ildə Premyer Liqaya sponsorluq etməyə başlayanda dövriyyəmiz 41 milyon manat idi. Bu məbləğ 2012-ci ildə 100, 2013-cü ildə 180 milyon manata qədər yüksəldi. Bunda şübhəsiz Azərbaycan premyer Liqasının payı da böyükdü. Azərbaycan çempionatı gün keçdikcə inkişaf edir və yaxın dönəmdə şübhəli oyun müşahidə etmədik”.
