Azərbaycan boksçuları Rusiyaya yollanıblar
19.09.2023 , 12:17
22 yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi Rusiyaya yollanıb.
Korner.az xəbər verir ki, yığma sentyabrın 21-dən 25-dək Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.
Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada Azərbaycanı Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayacaq.
Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.
Bu gün Anapaya yollanan komanda sentyabrın 26-da Bakıya qayıdacaq.
Qeyd edək ki, yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.