Futbol

“Azərbaycan bizə qarşı yaxşı oynayacaq” – Fernandu Santuş

06.09.2021 , 18:05

“Rəqibin heyətində heç bir futbolçunu ayrılıqda analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var. Bu oyunda da bizə qarşı yaxşı oynayacaqlar”.

Bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi müdafiədə yaxşı oynayır: “Amma yarımmüdafiə xəttində də pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah meydana da bu düşüncə ilə çıxacağıq”.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da start götürəcək (Report).

Son yazılar

Yuxarı