Futbol

“Azərbaycan bizə qarşı qapalı oynayacaq” – federasiya prezidenti

11.11.2019 , 13:49

FutbolPressSlovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirib.

Yığmamızın qapanacağını deyən federasiya rəhbəri görüşün əvvəldən nəzərdə tutulandan fərqli olaraq Trnavada keçirilməsinə də aydınlıq gətirib:

“Uşaqların seçmə mərhələni uğurlu nəticə ilə bitirməsini gözləyirəm. Azərbaycan bizə qarşı qapalı oynayacaq. Yəqin ki, sıx müdafiəyə qarşı keçirəcəyik. Amma komandamızın bunun öhdəsindən gələcəyinə inanıram.

Baş məşqçimiz Pavel Hapal futbolçularla görüşdükdən sonra daha keyfiyyətli stadionda oynamaq istədiklərini bildirdi. Daha əvvəl matçın Bratisavada keçirilməsinə qərar vermişdik. Lakin Azərbaycan tərəfinə fikir dəyişikliyimizi çatdırdıq, onlar da heç bir problemin olmadığını vurğuladı. Buna görə də UEFA-ya müraciət etdik. Rəqibin müdafiədən oynadığını nəzərə alsaq, yaxşı meydanda çıxış etməyimiz çox vacibdi. Yaradıcı oyun göstərməli olacağıq”.

Millimiz Slovakiya ilə noyabrın 19-da səfərdə qarşılaşacaq.

Son yazılar

Yuxarı